Ağdam-Xankəndi yolu elektrik enerjisi ilə təmin edildi

23:40 - 01 Sentyabr 2023

Ağdam-Xankəndi yolu elektrik enerjisi ilə təmin edildi

Ağdamdan Xankəndi istiqamətinə gedən yol elektrik enerjisi ilə təmin edilib.

 

Manset.az Report-a istinadən xəbər verir ki, uzunluğu 1500 metr olan elektrik xətti çəkilməsi işi başa çatıb.

110/35/10 Kv-luq Ağdam-2 yarımstansiyasından çəkilən elektrik xətti hazırda Ağdam-Əsgəran-Xankəndi yolunda Azərbaycan Qızıl Aypara Cəmiyyətinin Xankəndiyə göndərmək istədiyi ərzaq yüklərinin dayandığı əraziyə çəkilib.

Qeyd edək ki, ərazi artıq elektrik enerjisi ilə təmin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az