Ceyhun Bayramov Macarıstana rəsmi səfər etdi

09:45 - 04 Sentyabr 2023

Ceyhun Bayramov Macarıstana rəsmi səfər etdi

Sentyabrın 4-də Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov Macarıstana rəsmi səfərə yola düşüb.

 

 

Manset.az xəbər verir ki, bu barədə Xarici İşlər Nazirliyindən məlumat verilib.

Səfər çərçivəsində Azərbaycan-Macarıstan Strateji Dialoqunun ilk iclasının, C.Bayramov ilə Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto arasında və digər yüksək vəzifəli rəsmi şəxslərlə görüşlərinin keçirilməsi nəzərdə tutulur.

Azərbaycanın XİN başçısı səfər çərçivəsində, Macarıstanın diplomatik nümayəndəliklərinin rəhbərlərinin konfransında da çıxış edəcək.

 


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az