Naxçıvanla geniş əlaqələr qurula bilər - Manuela Traldi

23:25 - 08 Sentyabr 2023

Naxçıvanla geniş əlaqələr qurula bilər - Manuela Traldi

Düşünürəm ki, maşınqayırma və texnologiya sahəsində İtaliya ilə Naxçıvan arasında geniş əlaqələr qurula bilər.

 

Manset.az  report-a istinadən xəbər verir ki, bunu İtaliya-Azərbaycan Ticarət Palatasının (İTAZERCOM) prezidenti Manuela Traldi Naxçıvanda jurnalistlərə müsahibəsində deyib.

"Bu Naxçıvana 2-ci səfərimdir. 1-ci səfərimdən fərqli olaraq bu dəfə Naxçıvan haqqında daha çox məlumat əldə etmək imkanım oldu. Eləcə də ilk dəfə aqrofestivalda iştirak etdim. Burada Naxçıvan və İtaliya arasında, xüsusilə kənd təsərrüfatı sahəsində güclü əlaqələr qurmaq imkanlarını araşdırdım. Bu məlumatları İtaliya biznesmenləri ilə paylaşacağam ki, onlar Naxçıvandakı şirkətlərlə əlaqə qurmağı müzakirə etsinlər", - M.Traldi bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az