Qanunsuz erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alındı

18:40 - 09 Sentyabr 2023

Qanunsuz erməni silahlı dəstələrinin Füzuli istiqamətində təxribatının qarşısı alındı

Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni yaraqlılarının Füzuli istiqamətində təxribatının qarşısı alınıb.

 

 

Manset.az xəbər verir ki, bu barədə Müdafiə Nazirliyindən məlumat verilib. 

"Sentyabrın 9-u saat 17:25 radələrində Rusiya sülhməramlı kontingentinin müvəqqəti yerləşdiyi Azərbaycan ərazisindəki qeyri-qanuni erməni silahlı dəstələri Azərbaycan Ordusunun Füzuli rayonu istiqamətində yerləşən mövqelərinə yaxınlaşaraq təxribat törətmək məqsədilə yeni səngər yolları qazmağa cəhd göstəriblər.
Ordumuzun bölmələri tərəfindən görülən təxirəsalınmaz tədbirlər nəticəsində təxribatın qarşısı dərhal alınıb", - müdafiə qurumu qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az