"Bakı İrəvandan təcili danışıqların aparılması ilə bağlı təklif almayıb" - Hikmət Hacıyev

21:38 - 09 Sentyabr 2023

\"Bakı İrəvandan təcili danışıqların aparılması ilə bağlı təklif almayıb\" - Hikmət Hacıyev

Azərbaycan Ermənistan hökumətindən Prezident İlham Əliyevlə təcili danışıqların aparılması ilə bağlı təklif almayıb.

 

 

Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Respublikası Prezidentinin köməkçisi - Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev "Reuters"ə açıqlamasında bildirib.

Xatırladaq ki, daha öncə Ermənistanın Baş naziri Nikol Paşinyan bir sıra ölkələrin liderləri ilə telefon danışığında Azərbaycan Prezidenti İlham Əliyevlə "təcili görüşün" keçirilməsini istədiyini deyib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az