“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

16:36 - 12 Sentyabr 2023

“Qazaxıstan Azərbaycanın ərazi bütövlüyünü dəstəkləyir”

“Qazaxıstan Azərbaycanın suverenliyini və ərazi bütövlüyünü dəstəkləyir”.

 

Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə Qazaxıstan Xarici İşlər Nazirliyinin yaydığı məlumatda deyilir.

“Qarabağ ətrafında baş verən son hadisələrlə əlaqədar olaraq, Qazaxıstan Respublikası bir daha Azərbaycan Respublikasının beynəlxalq səviyyədə tanınmış sərhədləri daxilində suverenliyi və ərazi bütövlüyünə qətiyyətli dəstəyini təsdiq edir. Ölkəmiz, həmçinin bütün məsələlərin BMT Nizamnaməsinə və beynəlxalq hüququn əsas prinsip və normalarına uyğun olaraq siyasi-diplomatik yolla həllinin tərəfdarıdır”, - deyə məlumatda qeyd olunub.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az