Yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırıq - BQXK

20:44 - 12 Sentyabr 2023

Yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırıq  - BQXK

Beynəlxalq Qızıl Xaç Komitəsi (BQXK) qərar qəbul edən və təhlükəsizliyi təmin edən tərəflərin razılığı ilə Qarabağa yüklərin çatdırılması üçün istənilən yoldan istifadə etməyə hazırdır”.

 

Manset.az xəbər verir ki, bunu TASS-a BQXK-nın Azərbaycan nümayəndəliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova deyib.

“BQXK hər hansı əməliyyatı həyata keçirməzdən əvvəl onu mütləq müvafiq qərar qəbul edən şəxslərlə əlaqələndirir, məlumat paylaşır və razılıq aldıqdan sonra fəaliyyətə başlayır. Yəni, qərar qəbul edənlər razılaşmalı və təhlükəsizliyə zəmanət verməlidirlər”, - BQXK-nın ofisinin rəsmi nümayəndəsi bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az