Bu il Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

19:15 - 14 Sentyabr 2023

Bu il Azərbaycandan sığınacaq almaq üçün müraciət edənlərin sayı AÇIQLANDI

2023-cü ilin 8 ayı ərzində 92 nəfər (ailə üzvləri ilə birlikdə 138 nəfər) Azərbaycandan sığınacaq almaq üçün müraciət edib.

 

Manset.az xəbər verir ki, bu barədə Dövlət Miqrasiya Xidmətindən "Report"un sorğusuna cavab olaraq bildirilib.

Məlumata görə, 2022-ci ildə 169 ərizəçinin (ailə üzvləri ilə birlikdə 298 nəfər), 2023-cü ilin 8 ayı ərzində isə 92 ərizəçinin (ailə üzvləri ilə birlikdə 138 nəfər) qaçqın statusu verilməsi haqqında vəsatəti Dövlət Miqrasiya Xidməti tərəfindən qeydə alınıb.
Ərizəçilər arasında Cənubi Asiya ölkələrinin vətəndaşları üstünlük təşkil edir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az