Britaniya səfiri Lənkərana səfər edib - FOTO

22:23 - 17 Sentyabr 2023

Britaniya səfiri Lənkərana səfər edib - FOTO

“Lənkərana xüsusilə Sevil Beynəlxalq Qadın Sənədli Filmləri Festivalı üçün gəlmişəm”.

 

Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Fergus Auld rəsmi “X” hesabında məlumat verib.

“Məhsa Əmininin ölümünün il dönümünü qeyd etdiyimiz bu günlərdə gender bərabərliyi məsələsi hər zamankından daha vacibdir. Sevinirəm ki, festival getdikcə genişlənir və indi regionlarda da keçirilir”, - diplomat qeyd edib.
Səfir həmçinin Lənkəranda öz əməkdaşlarından birinin evində qonaq olub və dadlı təamlara görə təşəkkür edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az