Qarabağdakı separatçılar tərksilah edilir

19:47 - 22 Sentyabr 2023

Qarabağdakı separatçılar tərksilah edilir

Qarabağdakı separatçı hərbi dəstələrin tərkisilah edilməsinə başlanılıb.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlı kontingentinin yaydığı məlumatda bildirilir.

Vurğulanır ki, proses antiterror tədbirlərinin dayandırılmasına dair razılaşmaların icrası məqsədilə Rusiya hərbi qulluqçularının nəzarəti altında həyata keçirilir.

Həmçinin, Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar çərçivəsində Qarabağdakı qanunsuz erməni silahlı dəstələri öz postlarını tərk edir.

Qeyd olunur ki, bu günə kimi 800-dən çox atıcı silah, qumbaraatan və minaatanlar, eləcə də digər silahlar təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az