Ermənilər 800-dən çox silahı təhvil verdi - YENİLƏNDİ (VIDEO)

21:14 - 22 Sentyabr 2023

Ermənilər 800-dən çox silahı təhvil verdi - YENİLƏNDİ (VIDEO)

Əldə edilmiş razılaşmaları yerinə yetirərək, Qarabağdakı silahlı birləşmələr Rusiya sülhməramlılarının nəzarəti altında silahlarını təhvil verməyə başladılar.

 

Manset.az report-a istinadən xəbər verir ki, bu barədə Rusiya Müdafiə Nazirliyi məlumat yayıb.

“Sentyabrın 22-dək Qarabağ silahlı birləşmələri tərəfindən 6 ədəd zirehli texnika, 800-dən çox atıcı silah və 5 minə yaxın döyüş sursatı təhvil verilib”, - Müdafiə Nazirliyinin açıqlamasında bildirilib.

***20:01

Yevlaxda keçirilən görüşdə əldə olunan razılaşmalar əsasən, Qarabağdakı silahlı erməni birləşmələri silah - sursatlarını təhvil verir.

 

Manset.az xəbər verir ki, bu barədə Rusiya sülhməramlılarının Teleqram kanalında yazılıb.

Məlumata görə, proses Rusiya sülhməramlılarının nəzarəti altında keçirilir. Artıq 800-dən çox atıcı silah, qumbaraatan, minaatan, ATGM və MANPADS təhvil verilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az