Sülh sazişinin imzalanması üçün real şanslar var

22:24 - 16 Oktyabr 2023

Sülh sazişinin imzalanması üçün real şanslar var

Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var.

 

Manset.az xəbər verir ki, bunu xarici işlər naziri Ceyhun Bayramov almaniyalı həmkarı Annalena Berbokla telefon danışığında deyib.

“Bölgədə sülh və təhlükəsizliyin bərqərar edilməsi istiqamətində səylərə mane olan təxribatçı addımların, Azərbaycanın ərazi bütövlüyü və suverenliyinə qarşı olan çağırışları dəstəkləyən bəyanatlardan çəkinmək vacibdir. Azərbaycanın bütün ərazisində suverenliyinin bərpa edilməsindən sonra Ermənistanla sülh sazişi imzalanması üçün real şanslar var, Ermənistan tərəfindən bu imkanların müsbət dəyərləndiriləcəyinə ümidvarıq”, - deyə nazir qeyd edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az