Azərbaycan XİN-dən Atatürk PAYLAŞIMI

21:29 - 10 Noyabr 2023

Azərbaycan XİN-dən Atatürk PAYLAŞIMI

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi Türkiyə Respublikasının qurucusu Mustafa Kamal Atatürkün anım günü ilə əlaqədar paylaşım edib.

 

Manset.az  xəbər verir ki, nazirliyin "X" səhifəsində edilən paylaşımda deyilir:

“Türk xalqının böyük öndəri, qardaş Türkiyə Cümhuriyyətinin qurucusu, sevincimizi sevinci, kədərimizi kədəri bilən Qazi Mustafa Kamal Atatürkün hər zaman qəlbimizdə yaşayan əziz xatirəsini tarixi şəxsiyyətin anım günündə dərin hörmət və minnətdarlıqla anırıq”.

Nazir Ceyhun Bayramov da oxşar mövzuda paylaşım edib.

“Bu gün qardaş Türkiyənin və dünya tarixinin ən parlaq şəxsiyyətlərindən biri, müstəqil, güclü Türkiyə ideyası ətrafında bütün ölkəni birləşdirməyə müvəffəq olan Qazi Mustafa Kamal Atatürkün anım günüdür.

Türkiyə var olduqca, Atatürk də hər zaman var olacaqdır. Yaşasın qardaş” – nazir paylaşımında bildirib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az