Fransada Ermənistan iddialarına belə cavab verildi - VİDEO

01:03 - 11 Noyabr 2023

Fransada Ermənistan iddialarına belə cavab verildi - VİDEO

“Fransada Azərbaycanın Ermənistana qarşı qondarma təhlükə ilə bağlı qorxuları tamamilə əsassızdır”.

 

Manset.az  xəbər verir ki, bunu Azərbaycanın Fransadakı səfiri Leyla Abdullayeva Paris Sülh Forumunun panel müzakirəsində deyib.

O bildirib ki, Azərbaycan yalnız sülhün, normallaşma prosesinin tərəfdarıdır:

"Azərbaycan öz suveren əraziləri üzərində nəzarəti bərpa edib. Azərbaycan ona aid olanı geri alıb. Biz yalnız sülhün, normallaşma prosesinin tərəfdarıyıq!”.

Sözügedən çıxışın videosunu təqdim edirik:

Qeyd edək ki, Paris Sülh Forumunun panel müzakirələrində Gürcüstan və Ermənistanın Baş nazirləri də iştirak edib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az