“Düşmənin hərbi təxribatlarını özlərinin qəbrinə çevirdik” - Polkovnik

11:50 - 01 Oktyabr 2021

“Düşmənin hərbi təxribatlarını özlərinin qəbrinə çevirdik” - Polkovnik

“Biz öz hazırlığımızı artırırdıq. Çünki bilirdik ki, gün gələcək və Ali Baş Komandan “İrəli” əmri verəcək”.

Manset.az-ın xəbərinə görə, bunu Müdafiə Nazirliyinin əməkdaşı polkovnik Elşad Əbilov Bakı Konqres Mərkəzində “Nəsillərin görüşü” adlı konfransda deyib.

O vurğulayıb ki, Ermənistanın sərsəm bəyanatları Azərbaycanın hər bir vətəndaşının hissiyatına toxunurdu: “Sentyabrın 27-də düşmənin hərbi təxribatları özlərinin qəbrinə çevrildi. Ali Baş Komandanın həmin gün verdiyi əmrlə düşməni məhv etməyə başladıq. Müharibənin ilk günündən düşmənin “Ohanyan səddi”ni keçib irəli getdik”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az