AZAL-ın xaricdə olan əməkdaşları seçkilərdə iştirak edirlər - FOTOLAR

18:15 - 07 Fevral 2024

AZAL-ın xaricdə olan əməkdaşları seçkilərdə iştirak edirlər - FOTOLAR

7 fevral 2024-cü il, Bakı – Azərbaycanın milli aviadaşıyıcısının xaricdə işləyən və ya müvəqqəti yerləşən əməkdaşları da növbədənkənar prezident seçkilərində iştirak edirlər.

 

Manset.az  xəbər verir ki, “Azərbaycan Hava Yolları” aviaşirkətinin ölkə xaricində olan əməkdaşları fəal vətəndaş mövqeyi nümayiş etdirirlər.

Uzun səfərdən sonra Pekin, London, Paris və dünyanın digər şəhərlərində istirahət edən uçuş heyəti də seçki prosesində iştirak edir.

Harada olmasından asılı olmayaraq seçkilərdə iştirak AZAL əməkdaşlarının vətəndaşlıq borcunun ifadəsidir.





Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az