Seçkilərlə bağlı bülletenlərin sayılmasına başlanıldı

19:30 - 07 Fevral 2024

Seçkilərlə bağlı bülletenlərin sayılmasına başlanıldı

Azərbaycanda keçirilən növbədənkənar prezident seçkiləri ilə bağlı bülletenlərin sayılmasına başlanılıb.

 

Manset.az  xəbər verir ki, bülletenlər müşahidəçilərin iştirakı ilə sayılır.

Qeyd edək ki, Azərbaycanda bu gün növbədənkənar prezident seçkiləri keçirilib. Azərbaycanda 125 seçki dairəsində 6 319 seçki məntəqəsi var. Onlardan 26-sı işğaldan azad edilən ərazilərdədir.

Builki seçkilər ilk dəfə olaraq Azərbaycanın bütün suveren ərazisində keçirilib. Bu, Azərbaycan Prezidenti postu uğrunda keçirilən IX rəsmi ümummilli seçkidir. Prezident seçilən şəxsin səlahiyyət müddəti 7 il olacaq.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az