Ağdamda evin zirzəmisindən silah-sursat tapıldı

13:54 - 12 Fevral 2024

Ağdamda evin zirzəmisindən silah-sursat tapıldı

Ağdam Rayon Polis Şöbəsinin əməkdaşlarının keçirdiyi tədbirlər zamanı silah-sursat aşkar edilib.

 

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Bərdə regional qrupundan Manset.az-a verilən məlumata görə, polis əməkdaşları tərəfindən rayonun Sırxavənd kəndi ərazisində yerləşən fərdi yaşayış evinin zirzəmisindən 6 ədəd avtomat, bir ədəd pulemyot, müxtəlif çaplı patronlar və digər sursat aşkar edilərək götürülüb.

Bu istiqamətdə tədbirlər davam etdirilir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az