AZAL-ın Moskva-Gəncə təyyarəsi Gəncəyə yola düşdü - YENİLƏNDİ

18:55 - 16 Fevral 2024

AZAL-ın Moskva-Gəncə təyyarəsi Gəncəyə yola düşdü - YENİLƏNDİ

“Azərbaycan Hava Yolları” aviaşirkətinin Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən və əlverişsiz hava şəraiti ilə əlaqədar Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş edən təyyarəsi saat 17:19-da Gəncəyə yola düşüb.

 

Bu barədə Manset.az-a AZAL-ın mətbuat xidmətindən bildirilib.

***16:04

“Azərbaycan Hava Yolları" aviaşirkətinin J2-5829 nömrəli Moskva (Vnukovo hava limanı)-Gəncə reysini yerinə yetirən hava gəmisinin kapitanı Heydər Əliyev Beynəlxalq Aeroportuna eniş etmək qərarı verib.

 

Bu barədə Manset.az-a AZAL-ın mətbuat xidmətindən bildirilib.

Məlumata görə, buna səbəb Gəncə hava limanı ətrafındakı əlverişsiz hava şəraiti (duman) olub.

Təyyarə yerli vaxtla saat 15:47-də Bakı hava limanına uğurla eniş edib.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az