Ötən ay Bakı ilə Naxçıvan arasında nə qədər sərnişin daşınıb? - AÇIQLAMA

21:23 - 16 Fevral 2024

Ötən ay Bakı ilə Naxçıvan arasında nə qədər sərnişin daşınıb? - AÇIQLAMA

Bu ilin yanvar ayında Naxçıvan-Bakı-Naxçıvan istiqamətində yeddi mindən artıq sərnişin daşınıb.

 

Manset.az xəbər verir ki, bu barədə Naxçıvan Muxtar Respublikası Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin tabeliyində olan Dövlət Nəqliyyat Xidmətindən bildirilib.

Məlumata görə, nazirlik mütəmadi olaraq vətəndaşlarla görüşlər və monitorinqlər keçirir. Sərnişindaşıma xidmətində keyfiyyət göstəricilərinin artırılması istiqamətində müvafiq işlər görür. Bu məqsədlə Babək rayonunun Araz kəndindən Nehrəm-Babək-Naxçıvan istiqamətində reyslərin sayı altıya çatdırılıb. Naxçıvan-Qahab-Naxışnərgiz istiqamətində isə dayanacaq məntəqəsi artırılaraq sakinlərin müraciətinə uyğunlaşdırılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az