Anasının başına daşla vurduğu azyaşlı ilə bağlı AÇIQLAMA

23:26 - 20 Fevral 2024

Anasının başına daşla vurduğu azyaşlı ilə bağlı AÇIQLAMA

Fevralın 20-də 14:20 radələrində Ağstafa rayonu, Heydər Əliyev prospekti, Səməd Vurğun parkına 2014-cü il təvəllüdlü azyaşlı (kişi cinsli) ilə bağlı çağırış daxil olub.

 

Manset.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib. Bildirilib ki, azyaşlı saat 14:40 radələrində başın təpə nahiyəsinin çapılmış yaraları diaqnozu ilə Ağstafa Rayon Mərkəzi Xəstəxanasının (RMX) Təcili yardım şöbəsinə ambulansla gətirilib.

"Ona zəruri tibbi xidmətlər göstərilib, tetanus əleyhinə zərdab vurulub. Hazırda Ağstafa RMX-nın Təcili yardım şöbəsində həkim nəzarətindədir", - deyə məlumatda qeyd edilib.

Xatırladaq ki, sosial şəbəkə platformalarında azyaşlı oğlan uşağının anası tərəfindən daşla xəsarət yetirilməsinə dair məlumat yayılıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az