Qəzza ilə bağlı QORXUNC HESABAT: Atəşkəs olsa belə, 11 min insan həyatını itirəcək

09:50 - 21 Fevral 2024

Qəzza ilə bağlı QORXUNC HESABAT: Atəşkəs olsa belə, 11 min insan həyatını itirəcək

Qəzzada atəşkəs elan olunsa belə, epidemiyalar, xəstəliklər və yaralılar səbəbindən avqusta qədər minlərlə insan həyatını itirəcək.

 

Manset.az xəbər verir ki, bu barədə Böyük Britaniya və ABŞ universitetləri araşdırma aparıb.

London Universiteti, Huanitar Böhranlar üzrə Səhiyyə Komitəsi və ABŞ-ın Cons Hopkins Universitetinin Humanitar Sağlamlıq Mərkəzi Qəzzada vəziyyətin 3 fərqli senari üzrə necə dəyişəcəyi barədə hesabatı dərc edib.

Hesabatda qeyd olunur ki, Qəzzada atəşkəs elan olunacağı təqdirdə 7 fevral - 6 avqust aralığında 11 mindən çox insan həlak olacaq.

Müharibənin davam edəcəyi təqdirdə isə ölənlərin sayının 58 min 260-a çatacaq. Hücumların intensivləşəcəyi təqdirdə 74 min 290 nəfərin həyatını itirəcəyi proqnozlaşdırılıb. 

Atəşkəs mühitində qəzzalıların ölümünə səbəb olacaq ən böyük amil yoluxucu xəstəliklər olacaq. Hesabata görə, yaxın 6 ayda dünyasını dəyişənlərin 34 faizi 0-15 yaş arası uşaqlar, 57 faizi isə kişilər olacaq. Bundan əlavə, bütün ssenarilərdə anaların, yeni doğulanların və ölü doğumların sayında artım proqnozlaşdırılır.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az