Bakıda anası 16 yaşlı qızı evdən qovdu

14:28 - 21 Fevral 2024

Bakıda anası 16 yaşlı qızı evdən qovdu

Paytaxtın Qaradağ rayonunda ana 16 yaşlı qızını evdən qovub.

 

Manset.az xəbər verir ki, bu barədə “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova öz sosial şəbəkə hesabında paylaşım edib.

O, bildirib ki, gənc qız rayonun Lökbatan qəsəbəsindəki 7 saylı peşə məktəbində bərbər kursunda təhsil alır. Hazıda qız müxtəlif ünvanlarda gecələməli olur.

Hadisə ilə əlaqədar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Sosial Xidmətlər Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Murad Həşimov qeyd edib ki, məsələ aidiyyatı üzrə yönləndirilib. Qurumun diqqətindədir.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az