Kinorejissorlar Gildiyası yenidən Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçdi

16:23 - 22 Fevral 2024

Kinorejissorlar Gildiyası yenidən Əqli Mülkiyyət Agentliyində akkreditasiyadan keçdi

Ədliyyə Nazirliyində dövlət qeydiyyatından keçmiş “Azərbaycan Professional Kinorejissorlar Gildiyası” İctimai Birliyi qanunvericiliyə uyğun olaraq Əqli Mülkiyyət Agentliyində yenidən qeydiyyatdan (akkreditasiyadan) keçmək üçün müraciət edib.

 

Agentlikdən Manset.az-a bildirilib ki, müraciət ilə əlaqədar Gildiya tərəfindən təqdim olunan sənədlər və məlumatlar Agentlikdə müəllif-hüquq qanunvericiliyinə uyğun şəkildə təhlil edilib. Agentliyin Akkreditasiya Komissiyasının qərarı ilə “Azərbaycan Professional Kinorejissorlar Gildiyası”nın təkrar akkreditasiyadan keçirilməsi haqqında qərar qəbul edilib.

Qeyd edək ki, “Müəlliflik hüququ və əlaqəli hüquqlar haqqında” Azərbaycan Respublikası Qanununun 41-ci maddəsinin 3-cü hissəsinə və Nazirlər Kabinetinin 2011-ci il 22 sentyabr tarixli 149 nömrəli qərarı ilə təsdiq edilmiş “Müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən təşkilatların qeydiyyatdan (akkreditasiyadan) keçirilməsi Qaydaları”na əsasən müəlliflərin və əlaqəli hüquqların sahiblərinin əmlak hüquqlarını kollektiv əsasda idarə edən ictimai biliklər Əqli Mülkiyyət Agentliyində qeydiyyatdan (akkreditasiyadan) keçməlidirlər.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az