"Azərbaycan Televiziya və Radio Verilişləri” Qapalı Səhmdar Cəmiyyətinin “Həftə” analitik-informasiya proqramının müəllifi Rövşən Məmmədov Xocalıda daha bir kütləvi məzarlığın aşkar edildiyi ərazidə olub.
Manset.az xəbər vrir ki, R.Məmmədov işğaldan azad edilmiş Xocalıda həyata keçirilən əsaslı bərpa-quruculuq işləri çərçivəsində aparılan qazıntı işləri zamanı yenə də kütləvi insan qalıqlarının aşkar olunacağını istisna etməyib.