“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu

16:14 - 04 İyun 2024

“Tərtər işi”nə görə bu hərbçilərə də hökm oxundu

“Tərtər işi”nə görə mühakimə edilən daha 4 hərbçinin cinayət işi üzrə məhkəmə araşdırması başa çatıb.

 

Manset.az “Qafqazinfo”ya istinadən xəbər verir ki, Bakı Hərbi Məhkəməsinin hakimi Zeynal Ağayevin sədrliyi ilə keçirilən sonuncu iclasda hökm oxunub.

Hökmə əsasən, Ruslan Mikayılov 6 il 10 ay, Cabir Qəhrəmanov 6 il 8 ay, Elçin Əliyev 5 il 8 ay, Sənan Maşıyev 4 il 10 ay müddətinə azadlıqdan məhrum edilib.

Prokuror təqsirləndirilən şəxslərə 9 il 10 aya kimi azadlıqdan məhrumetmə cəzası tələb edirdi.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az