Zaqatalada hava kəskin dəyişdi - Dolu düşdü, elektrik enerjisi kəsildi

21:53 - 07 İyun 2024

Zaqatalada hava kəskin dəyişdi - Dolu düşdü, elektrik enerjisi kəsildi

Zaqatalada hava kəskin dəyişib. Güclü külək əsir, leysan yağır, bəzi ərazilərə dolu düşüb.

Manset.az APA-ya istinadən xəbər verir ki, axşam saat 19 radələrindən başlayaraq Zaqatala rayonu ərazisində hava şəraiti kəskin dəyişib. Rayon mərkəzinin və ətraf yaşayış məntəqələrinin ərazisində güclü külək əsir, leysan yağır və bəzi ərazilərə qısa müddətli dolu düşüb.
Güclü külək səbəbindən Zaqatala şəhər və bir sıra kəndlərin ərazisində ağaclar aşıb. Dağlıq əraziyə yağan leysan yağışları səbəbindən Tala çayı və rayon daxili bir sıra çaylarda suyun səviyyəsi kəskin artıb.

Rayonun Yuxarı Tala kəndinin bir sıra ərazilərində həyətyanı sahələrinə yağış suları dolub. Hava şəraiti ilə bağlı rayonun 70 faiz ərazisinə elektrik enerjisinin verilməsində fasilə yaranıb.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az