COP29 tədbirlərinin keçirilməsi zamanı ölkədəki ümumi təhsil müəssisələrində tədrisin dayanması ilə bağlı hazırda müvafiq bir qərar yoxdur.
Manset.az Apa-ya istinadən xəbər verir ki, bunu Məktəbəqədər və Ümumi Təhsil üzrə Dövlət Agentliyinin direktor müavini Orxan Abbasov bu gün jurnalistlər üçün keçirilən brifinqdə deyib.
"Biz hazırda sentyabrın 15-nə hazırlaşırıq", - deyə o qeyd edib.