Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı barmaq göstərib qaçdı - VİDEO

15:28 - 29 İyul 2024

Qəza törədən sərhəd xidmətinin xanım əməkdaşı  barmaq göstərib qaçdı - VİDEO

Bakıda qəza törədən xanım sürücü hadisə yerindən yayınıb.

 

Manset.az Avtosfer.az-a istinadən xəbər verir ki, bu barədə məlumat verən zərərçəkmiş sürücü başına gələn hadisənin görüntülərini videoya çəkib.

Belə ki, 99-RL-370 qeydiyyat nişanlı VAZ markalı avtomobilin sürücüsü 77-GH-786 qeydiyyat nişanlı KIA markalı avtomobili arxadan vurub. Lakin xanım sürücü qəza törətmədiyini iddia edərək hadisə yerindən yayınmağa çalışıb.

Zərərçəkən sürücü onun videosunu qeydə alan zaman, xanım sürücü nalayiq hərəkətlər edərək oradan uzaqlaşıb.

Qeyd edək ki, qəzaya səbəb olan xanım sürücünün Dövlət Sərhəd Xidmətinin əməkdaşı olduğu bildirilir.

Sözügedən videonu təqdim edirik:

 

 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 
 

A post shared by Manset.az (@manset.az)


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az