"32 yaşında çıxdığım Laçına indi nəvələrimlə qayıdıram" - Laçın sakini

09:23 - 31 İyul 2024

\"32 yaşında çıxdığım Laçına indi nəvələrimlə qayıdıram\" - Laçın sakini

"Laçına ailəmlə, övladımla qayıdıram".

 

Manset.az xəbər verir ki, bunu açıqlamasında Laçın şəhərinə köç edən keçmiş məcburi köçkün Əkbər Museyib oğlu Kərimov deyib.

O qeyd edib ki, Laçında ilk işi doğmalarının məzarını ziyarət etmək olacaq:

"Bu günü biz illərlə arzulamışıq, xəyal etmişik. Bu gün bizim arzularımızın, xəyallarımızım çin olduğu gündür.

Ailəmlə Laçına qayıdıram. 32 yaşında çıxdığım yurduma 64 yaşında nəvələrimlə qayıdıram. Allah bütün məcburi köçkünlərimizə öz yurdlarına qovuşmağı nəsib eləsin.

Bu günləri bizə yaşatdığı üçün Ali Baş Komandanımıza, müzəffər Ordumuza minnətdarıq. Allah şəhidlərimizə rəhmət eləsin, qazilərimizə cansağlığı versin!"

Qeyd edək ki, bu gün növbəti köç karvanı Laçın şəhərinə yola salınıb. Bu mərhələdə daha 18 ailə (60 nəfər) öz doğma yurduna köçürülür.

Xatırladaq ki, indiyədək Laçın şəhərində 552 ailənin (2031 nəfərin) daimi məskunlaşması təmin edilib.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az