Nəsimi rayonu, Alı Mustafayev küçəsində yol-nəqliyyat hadisəsi baş verib.
Manset.az-a DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzindən verilən məlumata görə, qəza zamanı avtomobillərdən birinin üzərində olan yük yola dağılıb.
Bu səbəbdən Ziya Bünyadov prospekti istiqamətində sıxlıq yaranıb. Avtomobillərin rahat hərəkətini təmin etmək üçün işlər görülür.