ABŞ-nin dövlət borcu 38,5 trilyon dolları keçdi

09:42 - 20 Yanvar 2026

ABŞ-nin dövlət borcu 38,5 trilyon dolları keçdi

ABŞ-nin dövlət borcu 2,25 trilyon dollar artaraq 38,5 trilyon dollar həddini keçib.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə rəqəmlər ABŞ Maliyyə Nazirliyinin göstəricilərində əksini tapıb.

Bu göstərici həm Birləşmiş Ştatların dövlət borcunun özü, həm də onun artım tempi üçün rekord hesab olunur.

Bundan əvvəlki maksimal göstəricilər ABŞ-nin sabiq prezidentləri Co Baydenə (onun prezidentliyi dövründə dövlət borcu 2,1 trilyon dollar artmışdı) və Barak Obamaya (1,7 trilyon dollar) məxsus idi.

XXI əsrdə dövlət borcunun ən aşağı artım göstəricisi ilə kiçik Corc Buş fərqlənib. Onun Ağ Evdəki ilk ili borcun cəmi 196 milyard dollar artması ilə müşayiət olunmuşdu.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az