Bakıda yük avtomobili ilə motosiklet toqquşub.
Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, hadisə gecə saatlarında Nizami rayonu Qara Qarayev prospektində qeydə alınıb.
Elməddin Məmmədovun idarə etdiyi "Mersedes" markalı sement daşıyan yük maşını ilə İsa Fikrət oğlu Əlizadənin idarəetdiyi “SYM XPRO” markalı motosiklet toqquşub.
Nəticədə motosiklet yük maşınının altında qalıb və İ.Əlizadə hadisə yerində ölüb.
Faktla bağlı cinayət işi başlanılıb.