“Xalqımızın ən layiqli namizədlərə səs verəcəyinə inanıram” - Baş nazirdən AÇIQLAMA

18:10 - 01 Sentyabr 2024

“Xalqımızın ən layiqli namizədlərə səs verəcəyinə inanıram” - Baş nazirdən AÇIQLAMA

“Müzəffər Ali Baş Komandanın və rəşadətli Ordumuzun qəhrəmanlığı sayəsində işğaldan azad olunmuş ərazilərimizdə bu gün ilk dəfədir ki, parlament seçkiləri keçirilir”.

 

Manset.az xəbər verir ki, bu sözləri jurnalistlərə açıqlamasında Baş nazir Əli Əsədov bildirib.

Hökumət başçısı qeyd edib: “Bu gün ilk dəfədir ki, parlament seçkiləri Azərbaycanin bütün ərazisini əhatə edir. Dövlətimizin idarə edilməsində vacib rolu olan qanunverici orqanın - Milli Məclisin müasir dövlətçilik tariximizdə misilsiz xidmətləri var. Xalqımızın ən layiqli namizədlərə səs verəcəyinə inanıram. Mandat qazanacaq deputatlara uğurlar arzulayıram”.


Bizi Facebook-da izləyin
Yeniliklərdən xəbərdar olun
Keçid et

Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az