Beynəlxalq konfransın iştirakçıları Heydər Əliyevin məzarını ziyarət etdilər

16:40 - 06 May 2025

Beynəlxalq konfransın iştirakçıları Heydər Əliyevin məzarını ziyarət etdilər

Beynəlxalq konfransın iştirakçıları Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət ediblər


Manset.az xəbər verir ki, mayın 6-da Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VIII Beynəlxalq elmi konfransın açılış mərasimi keçirilib.

Açılış mərasimindən öncə ADU rəhbərliyi və konfrans iştirakçıları Fəxri Xiyabanda Ulu öndər Heydər Əliyevin məzarını ziyarət ediblər.

ADU kollektivi və dünyanın bir sıra xarici ölkələrindən olan nüfuzlu ali təhsil müəssisələrinin rəhbərləri, elm, mədəniyyət, ictimaiyyət nümayəndələri Ulu öndər Heydər Əliyevin və onun xanımı, görkəmli oftalmoloq alim Zərifə Əliyevanın məzarüstü abidəsi önünə əklil və gül dəstələri qoyublar.

Qeyd edək ki, Ümummilli lider Heydər Əliyevin anadan olmasının 102-ci ildönümünə həsr olunmuş “HEYDƏR ƏLİYEV: MULTİKULTURALİZM VƏ TOLERANTLIQ İDEOLOGİYASI” VIII Beynəlxalq elmi konfransa dünyanın 8 ölkəsindən qırxdan artıq nümayəndə iştirak edir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv