İşdən çıxarılan həkim Səhiyyə Nazirliyini belə ifşa etdi - VİDEO

15:20 - 13 İyun 2025

İşdən çıxarılan həkim Səhiyyə Nazirliyini belə ifşa etdi - VİDEO

Azərbaycan Elmi - Tədqiqat Travmatologiya və Ortopediya İnstitutunun keçmiş əməkdaşı Məmmədova Asiman Qurban qızı qurumun hazırkı baş direktoru Rüstəm Talışinski-Rəşidoviçin qanunsuz hərəkətləri barədə ciddi iddialar səsləndirib.


Asiman Məmmədova Manset.az-a bildirib ki, 22 yanvar 2025-ci il tarixində əsas və sübut olmadan, hədə-qorxu yolu ilə ona məcburi ərizə yazdırılaraq işdən çıxarılıb.

Şikayətçi iddia edir ki, bu prosesdə Səhiyyə Nazirliyinin Daxili Nəzarət Şöbəsinin müdiri Oqtay Babayev və Tibbi Xidmətlər Şöbəsinin müdiri Fazil Hüseynbəyov də iştirak edib və qanunsuz əmrin verilməsində onlara göstəriş verilib. Ərizənin yazılması zamanı təzyiqə məruz qaldığını, məcburi çıxarılaraq işdən azad edildiyini bildirən Məmmədova, ərizəni sonra cıraraq etirazını bildirib.

Məmmədova işdən çıxarılmasına qarşı Nəsimi Rayon Məhkəməsinə və Dövlət Əmək Müfəttişliyinə müraciət edib. Məhkəmə prosesində Dövlət Əmək Müfəttişliyi qanunsuzluqları aşkar edərək məsul şəxsləri cərimələmiş, onun işə bərpa olunması barədə tövsiyə məktubu göndərmişdir. Lakin institut rəhbərliyi əmrin tarixini saxtalaşdıraraq 58 gün sonrakı tarixə dəyişmiş və  dövlət büdcəsindən qanunsuz əmək haqqı almaqla əlavə qanunsuzluğa yol vermişdir.

Nəsimi Rayon Məhkəməsi şikayətçinin xeyrinə qərar verərək iki əmrin ləğv edilməsini və onun işə bərpa olunmasını təmin edib. O bildirib ki, əməliyyatını uğurla həyata keçirdiyi xəstə Cavid Məmmədli ona qarşı heç bir şikayət etməyib və bunu videolarla təsdiq edib.

Şikayətçi həmçinin qeyd edir ki, ona qarşı saxta yazılı xəbərdarlıq verilmiş, bu barədə məlumatı ancaq məhkəmədə əldə etmişdir.

Hazırda məsələ məhkəmə yolu ilə davam edir və Asiman Məmmədova ədalətin bərpasını tələb edir.

Qeyd edək ki, Rüstəm Talışinski ilə belə problemlər İnstitutun digər əməkdaşları arasında da olub.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv