"Mənim qurmalarımla niyə veriliş aparırsan?" - Zaurdan Tolikə SƏRT CAVAB

12:46 - 05 İyun 2025

\"Mənim qurmalarımla niyə veriliş aparırsan?\" - Zaurdan Tolikə SƏRT CAVAB

Ötən gün “Tarixin bir günü” verilişində aparıcı Tarix Əliyev müğənni Şəbnəm Tovuzlu ilə bağlı səsləndirdiyi qalmaqallı fikirlərlə gündəmə damğa vurub. Onun bu açıqlamalarından sonra Şəbnəm Tovuzlunun meneceri bütün aparıcılara sənətçi haqqında danışmağı qadağan edib.


Manset.az xəbər verir ki, Tarix Əliyev isə buna sərt reaksiya verib. O bildirib ki, menecerin bu addımının hüquqi əsası yoxdur və heç kimin efirdə kiməsə qadağa qoymağa haqqı çatmır. Aparıcı həmçinin bəzi həmkarlarını da tənqid edərək, onları qurma səhnələr qurmaqda və süni qalmaqallar yaratmaqda ittiham edib.

Bu açıqlamalara cavab isə uzun çəkməyib. “Rəngarəng” verilişinin aparıcısı Zaur Nəbioğlu bu gün canlı efirdə Tarix Əliyevə sərt cavab verib:

“Sözüm sənədir, Tarix Əliyev. Əgər mən qurma qururamsa, niyə mənim "qurmalarımla" verilişini idarə edirsən? "Rəngarəng" verilişi heç vaxt qurma etməyib. Biri gəlib sübut etsin! Çıxışdan danışmıram, sübut eləsin! Amma mən sübut eləyərəm ki, verilişimdə səsləndirilən hər mövzuya müğənni özü razılıq verib".

Sözügedən görüntüləri təqdim edirik:




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv