"Yüksək qonorar versələr qızımın üzünü göstərəcəyəm" - VİDEO

09:59 - 12 İyun 2025

\"Yüksək qonorar versələr qızımın üzünü göstərəcəyəm\" - VİDEO

Müğənni Aysun İsmayılova qızı ilə birlikdə reklamlarda çəkilmək üçün bəzi şirkətlərdən təkliflər aldığını bildirib.


Manset.az xəbər verir ki, Aysun əvvəlcə qızının üzünü bir yaşı tamam olanda ictimaiyyətə göstərəcəkdi. Lakin gələn maraqlı təkliflər bu qərarı dəyişməsinə səbəb olub:

"İki böyük şirkət var ki, Sevgi ilə məni öz brendlərinin siması kimi görmək istəyir. Qonorar yüksəkdir. Əgər büdcə ilə razılaşsaq və həmin şirkətlər bu məbləği qarşılayacaq gücdə olsalar, niyə də olmasın? Razılaşsaq reklam çarxında görəcəksiniz, razılaşmasaq bir yaşında görəcəksiniz".

Aysun İsmayılova əlavə edib ki, hələ də bu məsələ ilə bağlı yekun qərar verməyib.




Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
xidmet.tv
xidmet.tv