Suriyada ictimai çimərliklər üçün yeni geyim qaydaları tətbiq olunub.
Manset.az-ın əldə etdiyi məlumata görə, Suriya Turizm Nazirliyi ölkədəki ictimai çimərliklər və hovuzlar üçün yeni geyim qaydalarını açıqlayıb. Qaydalara əsasən, qadınlardan daha təvazökar, bədəni daha çox örtən çimərlik geyimləri – o cümlədən burkini – geyinmək tələb olunur. Kişilər isə çimərliklərdə köynəksiz gəzə bilməyəcəklər.
Nazirlikdən verilən məlumata görə, bu qərar “ictimai maraqlar” nəzərə alınaraq qəbul edilib. Turizm naziri Mazen əl-Salhani Facebook sosial şəbəkəsində yayımladığı açıqlamada bildirib ki, həm turistlər, həm də yerli sakinlər cəmiyyətin zövqünə və mədəni dəyərlərinə uyğun geyim seçməlidirlər.
Yeni qaydalar artıq qüvvəyə minib və bütün ictimai çimərliklərdə tətbiq olunacaq.