Azərbaycan Rusiyadan şokolad idxalında 2-ci yerdədir 

20:12 - 13 İyul 2025

Azərbaycan Rusiyadan şokolad idxalında 2-ci yerdədir 

Azərbaycan 2025-ci ilin birinci rübündə Rusiyadan şokolad idxal edən ölkələr arasında ikinci olub.


Manset.az Report-a istinadən xəbər verir ki, bu barədə BMT-nin “Comtrade” platformasının məlumatında deyilir.

Belə ki, hesabat dövründə Azərbaycana 23,4 milyon ABŞ dolları dəyərində məhsul idxal olunub. Siyahıya 78,3 milyon dollarlıq idxal göstəricisi ilə Qazaxıstan başçılıq edir. Üçüncü yerdə Özbəkistan (21,4 milyon dollar) qərarlaşıb.

Rusiya şokoladının əsas idxalçıları arasında Qırğızıstan (14,7 milyon dollar), Gürcüstan (8 milyon dollar) və Çin də (7,4 milyon dollar) var. İlk 10-luğu 2,1 milyon dollarla Almaniya tamamlayır.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az