Xanlar Vəliyevin müavini də işdən çıxarıldı - YENİ TƏYİNATLAR

16:40 - 14 İyul 2025

Xanlar Vəliyevin müavini də işdən çıxarıldı - YENİ TƏYİNATLAR

Hərbi prokurorun müavini işdən çıxarılıb. 


Manset.az xəbər verir ki, bu barədə Baş prokuror Kamran Əliyev müvafiq əmr imzalayıb. 

Əmrə əsasən, Respublika Hərbi prokurorunun müavini Mehdi Hüseynzadə tutduğu vəzifədən azad edilib. 

Onun yerinə Nihad Şixəliyev təyin olunub.

Nihad Şixəliyev buna qədər Hərbi Prokurorluqda ərizə və müraciətlər şöbəsinin rəisi olub. 

Baş prokurorun daha bir əmri ilə Ağakişi Acalov Sumqayıt Hərbi prokuroru təyin edilib. 

Ağakişi Acalov isə Baş Prokurorluğun istintaq idarəsində çalışıb. 


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az