Yayda uzun müddət günəşə məruz qalmaq fotoqocalma, dəri ləkələri, qırışlar və dəri xərçəngi riskini artırır.
Manset.az-ın xarici mediaya istinadən məlumatına görə, dermatoloqlar UVA və UVB şüalarının dəridə qocalma və genetik dəyişikliklərə səbəb olduğunu bildirirlər.
Həmçinin mütəxəssislər bildirirlər ki, günorta saatlarında (10:00–17:00) birbaşa günəşə çıxmaqdan çəkinmək, şapka, gün eynəyi, uzunqol paltar geyinmək və ən az SPF 15 qoruyucu krem istifadə etmək vacibdir. Açıq dərililər və uşaqlar daha yüksək risk altındadır.
Quruluq, ləkələr, qırışlar və dəri tonunda qeyri-bərabərlik fotoqocalmanın ilk əlamətləridir.
Dermatoloqlar xüsusilə uşaqlar, yaşlılar və xroniki xəstəliyi olan şəxsləri təkcə günəşin zərərlərinə deyil, həm də isti vurması, susuzluq və qida zəhərlənməsi ehtimallarına qarşı diqqətli olmağa çağırırlar.
Həkimlərin tövsiyəsi:
-
Günəşdən qoruyucu kremlər hər gün istifadə olunmalıdır
-
Günəşin pik saatlarında çölə çıxmamaq
-
Gündə ən azı 2 litr su içmək
-
Təzə və soyudulmuş qidalarla qidalanmaq