Fitnes həvəskarları üçün məşqdən sonra özünü kiçik bir qəlyanaltı ilə mükafatlandırmaq adi haldır. Lakin mütəxəssislər xəbərdarlıq edirlər ki, bu da çəki artımına gətirib çıxarır.
Manset.az-ın əldə etdiyi məlumata görə, aparılan araşdırmalar göstərir ki, gündəlik fəaliyyətlər zamanı bədən müəyyən qədər kalori sərf etsə də, bu enerji əksər hallarda yüksək kalorili qidaların kompensasiyası üçün yetərli olmur. Məsələn, oturmaq, oxumaq, saqqız çeynəmək və ya hətta rəqs etmək düşündüyümüz qədər effektiv deyil.
Mütəxəssislər bildirirlər ki, fiziki aktivlik sağlam həyat tərzinin əsas hissəsidir, amma bu zaman düzgün qidalanma da nəzərə alınmalıdır. Əgər məqsəd arıqlamaq yaxud da çəkini qorumaqdırsa, qəbul edilən və sərf olunan kalori arasında real tarazlıq qorunmalıdır.
Hər nə qədər idman faydalı olsa da, artıq kaloriləri bərpa etmək çox zaman mümkün olmur. Bu səbəbdən sağlam çəkiyə nail olmaq istəyənlər həm hərəkətli həyat tərzi sürməli, həm də qidalanma vərdişlərinə ciddi diqqət yetirməlidirlər.