Kamran Əliyevdən YENİ TƏYİNATLAR

13:50 - 15 İyul 2025

Kamran Əliyevdən YENİ TƏYİNATLAR

Mingəçevir, Zaqatala və Xaçmaza prokurorlar təyin edilib.


Manset.az Qafqazinfo-ya istinadən xəbər verir ki, bu barədə baş prokuror Kamran Əliyev əmrlər imzalayıb.

Əmrə əsasən, baş ədliyyə müşaviri Pərvin Quliyev Mingəçevir şəhərinə yeni prokuror təyin olunub. O, bundan əvvəl Bakı Şəhər Prokurorluğunda Daxili işlər orqanlarına nəzarət şöbəsinin rəisi, daha öncə isə Sabirabadın prokuroru vəzifəsində çalışıb.

K. Əliyevin digər əmri ilə Mingəçevirin sabiq prokuroru baş ədliyyə müşaviri Qabil Səfərov Zaqatalaya prokuror təyin olunub.

Bundan başqa, baş ədliyyə müşaviri Rəşad Məmmədov ikinci səlahiyyət müddətinə Xaçmazın prokuroru vəzifəsinə təsdiq edilib.

Qabil Səfərov

Pərvin Quliyev

Rəşad Məmmədov


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az