Biləsuvarda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirdən FOTOLAR

09:17 - 19 İyul 2025

 Biləsuvarda su ehtiyatlarından səmərəli istifadə ilə bağlı tədbirdən FOTOLAR

Biləsuvar Rayon İcra Hakimiyyətinin və Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 4 saylı Şirvan-Salyan regional bölməsinin birgə təşkilatçılığı ilə su ehtiyatlarından səmərəli istifadə sahəsində nəzarətin gücləndirilməsi və maarifləndirmə işlərinin aparılmasına dair tədbir keçirilib.


Manset.az xəbər verir ki, tədbirdə Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov, 4 saylı regional bölmənin rəisi Ehtiram Muxtarov, yerli idarə və müəssisə rəhbərləri, icra nümayəndələri, bələdiyyə sədrləri, fermerlər və sahibkarlar iştirak etdilər.

Çıxış edən Biləsuvar Rayon İcra Hakimiyyətinin başçısı Faiq Qürbətov su ehtiyatlarının qorunmasının və onların məqsədyönlü istifadəsinin vacibliyini vurğulayaraq, bu sahədə birgə əməkdaşlığın gücləndirilməsinin əhəmiyyətindən danışıb. O, iqlim dəyişiklikləri və artan su tələbatının yaratdığı çağırışların aradan qaldırılması üçün maarifləndirmə və nəzarət tədbirlərinin artırılmasının vacib olduğunu bildirib.

Regional bölmənin rəisi Ehtiram Muxtarov isə çıxışında regional bölmənin fəaliyyət istiqamətləri və vəzifələri haqqında bildirdikdən sonra Azərbaycan Respublikası Prezidentinin 04 iyun 2025-ci il tarixli 403 nömrəli Fərmanı ilə ölkədə su siyasətinin daha da düzgün və səmərli həyata keçirilməsinin təmin edilməsi ilə bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinə bir sıra səlahiyyətlər verildiyini də vurğulayıb. Tətbiq olunan nəzarət mexanizmləri və gələcək planlar barədə iştirakçılara ətraflı məlumat verib. O, həmçinin, fermerləri və sahibkarları su resurslarından istifadə zamanı qanunlara riayət etməyə və səmərəli idarəetməyə çağırıb.

Tədbirdə su itkilərinin azaldılması, suvarma texnologiyalarının təkmilləşdirilməsi və mütərəqqi təcrübələrin tətbiqi ilə bağlı fikir mübadiləsi aparılıb.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az