Bakıda bu ərazi plana düşdü - Söküntü işlərinə başlanılır

21:49 - 19 İyul 2025

Bakıda bu ərazi plana düşdü - Söküntü işlərinə başlanılır

Binəqədi rayonunun Xutor qəsəbəsində fərdi yaşayış evlərinin söküntüsü işləri aparılacaq.


Manset.az İqtisadiyyat.az-a istinadən xəbər verir ki, bununla bağlı hazırlıqlara başlanılıb.

Belə ki, sözügedən ərazidəki evlərin plana düşdüyü bildirilir. Artıq rəsmi qurumların nümayəndələri bu günlərdə qəsəbə ərazisinə baxış keçirməyə başlayıb.

Bu gün Rəşid Məmmədov küçəsində fərdi yaşayış evlərində sahədaxili ölçmə işləri aparılıb. Hələlik kompensasiyanın məbləği barədə sakinlərə heç bir məlumat verilməyib.

Qeyd edilib ki, indiki mərhələdə “Xutor” ərazisində söküntüsü nəzərdə tutulan tikililərin sahədaxili ölçmə işlərinin həyata keçirilməsi aparılır.



Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az