Bakıda bu avtobus zolaqlarında minib-düşməyə icazə verildi

16:36 - 21 İyul 2025

Bakıda bu avtobus zolaqlarında minib-düşməyə icazə verildi

Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi (AYNA) tərəfindən daha üç ünvanda minib-düşmə yerləri yaradılıb.


Manset.az xəbər verir ki, bu barədə Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi məlumat yayıb.

Bildirilib ki, minib-düşmə yerləri Neftçilər və Bülbül prospektlərinin kəsişməsində Bakı Biznes Mərkəzinin yaxınlığında, Zivərbəy Əhmədbəyov və Əlibəy Hüseynzadə küçələrinin kəsişməsinin yaxınlığında, 8 Noyabr prospekti ilə Ramiz Quliyev küçəsinin kəsişməsinin yaxınlığında (üzü mərkəz istiqamətində) yerləşir.


Digər xəbərlər

Xəbər xətti

Bütün xəbər xətti
yenielan.az
yenielan.az