Təhsil işçilərinin maliyyə əlçatanlığı artıq daha
rahat oldu. Belə ki, Təhsilin İnkişafı Fondu, Kapital Bank və “Mastercard”
qlobal texnologiya şirkətinin birgə təşkilatçılığı ilə çoxfunksional TəhsilPlus
kartı ictimaiyyətə təqdim olundu.
Təqdimat mərasimində çıxış edən Təhsilin İnkişafı Fondunun İdarə Heyətinin sədri Elnur Nəsibov TəhsilPlus kartının üstünlüklərini vurğulayıb. O, qeyd edib ki, kart təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və imtiyazlar təqdim etməklə, onların sosial rifahını yüksəltmək və imkanlarını genişləndirmək məqsədi daşıyır. Onun sözlərinə görə bu kart məktəbəqədər, ümumi, peşə, orta ixtisas və ali təhsil pillələrində çalışan pedaqoji və inzibati heyət üçün nəzərdə tutulur və gələcəkdə 450 min nəfəri əhatə etməsi planlaşdırılır.
Kapital Bank-ın İdarə Heyətinin üzvü, Baş
Korporativ satış inzibatçısı Fərid Hidayətzadə isə çıxışında təhsil sahəsinə
göstərilən dəstəyin bankın əsas prioritetlərindən biri olduğunu vurğulayıb. “Bizim
üçün müəllimlər və təhsil işçiləri cəmiyyətin gələcəyini formalaşdıran əsas
qüvvədir və bu istiqamətdə atılan hər bir addımı gələcəyə sərmayə kimi
qiymətləndiririk. Bu istiqamətdə Elm və Təhsil Nazirliyi ilə uzun illərdir
davam edən əməkdaşlığımız var. Keçən il Təhsilin İnkişafı Fondu ilə birlikdə
tələbələr üçün TələbəPlus kartını təqdim etdik. Bu gün artıq 200 mindən çox
tələbəmiz bu kartdan aktiv şəkildə faydalanır. Bu gün isə daha böyük bir addım
atırıq və daha geniş bir auditoriyanı əhatə edən TəhsilPlus kartını təqdim
edirik. Bu kart vasitəsilə yüzminlərlə müəllim və təhsil işçisi müxtəlif
güzəştlərdən və üstünlüklərdən yararlana biləcək. Məqsədimiz sadəcə maliyyə
əlçatanlığı deyil, müəllimlərimizin gündəlik həyatına dəyər qatacaq imkanlar
yaratmaqdır. Biz inanırıq ki, təhsil sahəsinə qoyulan investisiya ölkəmizin
gələcəyinə qoyulan ən böyük sərmayədir”.
Qeyd edək
ki, təhsil müəssisələrində fəaliyyət göstərən şəxslərə müxtəlif güzəşt və
imtiyazlar təqdim edən TəhsilPlus kartı yeni tədris ilində istifadəçilərə
təqdim ediləcək.
Ölkənin
birinci bankı olan Kapital Bank PAŞA Holding-ə daxildir və Azərbaycanda ən
böyük filial şəbəkəsi, 121 filialı və 52 şöbəsi ilə müştərilərin xidmətindədir.
Bankın məhsul və xidmətləri barədə daha ətraflı məlumat almaq üçün https://kapitalbank.az saytına,
196 Sorğu Mərkəzinə və ya Bankın müxtəlif sosial şəbəkələrdə olan səhifələrinə
müraciət edə bilərsiniz. Nağd pul krediti sifarişi üçün – https://kbl.az/prgtk, Birbank
kartı sifarişi üçün – https://kbl.az/prcrc.