Bakı-Qazax sürət qatarı gecikmə ilə hərəkət edib.
Manset.az Oxu.az-a istinadən xəbər verir ki, qatar bir müddət Dəllər stansiyasında dayanıb.
"Azərbaycan Dəmir Yolları" QSC-dən (ADY) bildirilib ki, qeyd olunan stansiyada sənədlərin yoxlanışı zamanı bir sərnişinin sənədində məlumat uyğunsuzluğu aşkarlanıb.
Lakin sərnişin bununla razılaşmayıb və qatarın vaxtında hərəkət etməsinə maneə yaradıb. Nəticədə, qatar hərəkətini 17 dəqiqəlik gecikmə ilə davam etdirib.