Qırmızı
Ürəklər Fondunun və Kapital Bank-ın təşəbbüsü, Ekologiya və Təbii Sərvətlər
Nazirliyinin tərəfdaşlığı ilə növbəti “Sıfır Tullantı” Həmrəylik Marafonu təşkil
olunub.
Şəmkir
rayonunun Kür qəsəbəsində, Şəmkir su anbarının ətrafında baş tutan aksiyada
ümumilikdə 750 kiloqram məişət tullantısı toplanaraq aidiyyatı üzrə təhvil
verilib. Ərazinin təmizlənməsinə Kapital Bank-ın Qazax-Tovuz iqtisadi
rayonlarını əhatə edən filial şəbəkələrindən 33 nəfər əməkdaş könüllü olaraq
qoşulub.
Layihənin
əsas məqsədi cəmiyyətimizdə ekoloji savadlılığın və ətraf mühitə qarşı həssaslığın
artırılması, sahilyanı, dağ, meşə ərazilərində təmizliyə riayət olunmasının təbliği,
eləcə də hər kəsin təbiətə qarşı daha məsuliyyətli davranmağa təşviq edilməsidir.
Qeyd
edək ki, 2024-cü il “Yaşıl Dünya Naminə Həmrəylik İli”ndə Qırmızı Ürəklər
Fondu və Kapital Bank tərəfindən start
götürən marafon geniş coğrafiyanı əhatə edərək bu günədək Gəncə-Daşkəsən, Lənkəran–Astara,
Mərkəzi Aran, Şəki–Zaqatala, Bakı və Quba-Xaçmaz iqtisadi rayonlarında həyata
keçirilib.
Ətraflı
məlumat: https://shorturl.at/4fpoi
Qeyd
edək ki, “Red Hearts” – Qırmızı Ürəklər Fondu 2020-ci ildə Kapital Bank-ın bir
qrup əməkdaşı tərəfindən könüllü qrupu olaraq fəaliyyətə başlamışdır. Həmin ildə
dövlət qeydiyyatına alınan Fond ölkəmizdə ianəçilik mədəniyyətinin
formalaşmasına xidmət edir. Ətraf mühitin mühafizəsi, ekoloji tarazlığın bərpası,
təhsil, təlim-tədris, maarifləndirmə kimi cəmiyyətin həssas və vacib
mövzularına dair sosial təşəbbüslərlə çıxış edən “Red Hearts”ın ali məqsədi
yardımsevər insanları xeyriyyəçilik mədəniyyəti ətrafında birləşdirməkdir.
Qırmızı Ürəklər Fondunun fəaliyyəti ilə ətraflı tanış olmaq və ianə edərək
sözügedən mövzularda dəstək olmaq üçün https://redhearts.az saytına
daxil ola bilərsiniz.